“Olimpiya dünyası” qəzetinin 10 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib - FOTO
Bu gün Gəncliyə Yardım Fondunda "Olimpiya dünyası" qəzetinin 10 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, Baş İdarə tərəfindən dövlət proqramlarının icrası ilə bağlı təşkil olunub keçirilən idman yarışları həmçinin müxtəlif qurumlarla birgə keçirilən beynəlxalq və kütləvi tədbirlərin operativ şəkildə geniş və əhatəli qəzetdə işıqlandırılması təqdirə layiq hesab olunur: "Həmçinin Baş İdarə ilə yanaşı paytaxtın rayon idarələri tərəfindən keçirilən müxtəlif kütləvi idman tədbirləri haqqında məlumatların da qəzet səhifəsində yer alması yüksək qiymətləndirilir".
Daha sonra isə qəzetin baş redaktoru Murad Fərzəliyev qəzetin yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi üçün prezident İlham Əliyevin diqqət və qayğısı göz önündədir: "Qəzetin yaradılmasının ilk günlərində çox çətinliklər çəkdik, çünki peşəkar kadr lazım idi. Ancaq zaman keçdikcə bu problemdə öz həllini tapdı. Bakı Dövlət Universiteti və Təfəkkür Universitetində olduq və orada olan gənc kadrları redaksiyamıza dəvət etdik. Hazırda bu istiqamətdə işlərimizi davam etdiririk".
Dəyirmi masada iştirak edən digər qonaqlarda öz təbriklərini və fikirlərini bölüşüblər.
Qeyd edək ki, dəyirmi masa Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Olimpiya dünyası qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB