Göyçay rayonunun Ləkçiplaq və Ərəbcəbirli kəndlərində poçt şöbələri üçün yeni binalar tikilir. SİA-nın verdiyi məlumata görə, müasir üslubda inşa edilən poçt şöbələrinin noyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, oktyabr ayında Çaxırlı kəndində müasir avadanlıqla təchiz edilmiş yeni poçt şöbəsi istifadəyə verilib.Son bir ildə Alxasafa, Qarayazı, Qaraman, Mirzəhüseynli, Mırtı və Mallı Şıxlı kəndlərində yeni ATS binaları inşa edilib.Yeniarx, Mırtı, Bəydövül, Qaraman və Çaxırlı kəndlərində isə yeni poçt şöbələri tikilib. Bu günədək Göyçayın 18 kəndində poçt şöbələri üçün yeni binalar tikilmiş və rayonun mərkəzi poçtamtının binası əsaslı təmir olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB