Hər zaman öz abunəçilərini unudulmaz və möhtəşəm kampaniyalarla sevindirən Nar Mobile, "Şanslı Mesaj" SMS kampaniyasının qaliblərini elan edib.
SİA-nın xəbərinə görə, noyabr ayının 16-da Nar Mobile operatorunun keçirdiyi "Şanslı Mesaj" stimullaşdırıcı lotereyasının 30-cu gününün nəticələrinə uyğun olaraq kampaniyanın ilk əsas qalibi müəyyənləşmişdi. Oktyabrın 17-də start verilən lotereyanın ilk əsas qalibi 5000 manat məbləğində uduş qazanıb. Lotereyanın şərtlərinə görə gündəlik oynanılan 250 AZN məbləğində uduşlar da sahiblərinə təqdim olunub.
Hədiyyələri təqdim edən Azerfon şirkətinin nümayəndəsi Fərid Məmmədov qalibləri təbrik etmiş və iştirakçıları lotereyanın gələcək turlarında da iştirak etməyə dəvət edib. "Azərbaycanın ən sərfəli və ən şəffaf mobil operatoru kimi tanınan Nar Mobile "Şanslı Mesaj" SMS kampaniyasının ilk əsas qalibini müəyyən edib. Masallı şəhər sakini Fətəliyev Tohid "Şanslı Mesaj" lotereyasında yüksək xal toplamaqla təsadüfi seçim nəticəsində ilk 5000 manatı qazanıb. Şirkətimiz adından bütün qalibləri təbrik edirəm, Nar Mobile və Azerfon-Vodafone abunəçilərini 2012-ci il Yanvarın 17-dək davam edəcək kampaniyada iştirak etməyə çağırırıq", deyə F. Məmmədov bildirib.
Qeyd edək ki, "Şanslı Mesaj" SMS kampaniyasına qoşulmaq üçün "Shans" sözünü yazıb və 8500 göndərmək lazımdır. İntellektual və stimullaşdırıcı xarakter daşıyan kampaniyada, abunəçilər ünvanlanan sualları cavablandırmaqla xallar toplayaraq hədiyyələr qazanmaq imkanı əldə edirlər. Kampaniyaya qoşulan abunəçilərimiz aşağıdakı hədiyyələri qazanmaq şansı əldə edəcəkdir:
hər gün 250 AZN;
kampaniya boyu 30-cu günün qalibini 5 000 AZN;
kampaniyanın sonunda super priz – şəhər mərkəzində təmirli mənzil.
Kampaniya 17 Oktyabr, 2011-ci il tarixindən, 17 Yanvar 2012-ci il tarixinədək keçiriləcəkdir. Daha ətraflı məlumat üçün: http://www.shanslimesaj.com veb səhifəsindən əldə edə bilərsiniz.
Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB