Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunur

Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunur

"NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədr müavini Fidan Kərimli Londonda keçirilən Qlobal Gənclər Sammitində iştirak edir. SİA-nın xəbərinə görə, bu nüfuzlu beynəlxalq gənclər toplantısında Azərbaycanı təmsil etmək üçün Fidan Kərimli bütün dünyadan 1900 gəncin arasından seçilib. Sammitdə iştirak üçün seçilmiş 60 gənc 1 həftə boyu təhsil, HİV/AİDS, sosial sahibkarlıq, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması və insan hüquqları mövzularını müzakirə edəcəklər. Dəyişiklik Uğrunda çalışan yeni seçilmiş liderlər fəallıq mövzusunda ən yaxşı təcrübələrini paylaşacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər.

Qlobal Gənclər Sammiti British Council-ın "Qlobal Dəyişiklik Uğrunda" təşəbbüsünün bir hissəsidir. Qlobal Dəyişiklik Uğrunda çalışan liderlər sosial sahibkarlar, fəal cəmiyyət üzvləri və könüllülərdən (16-25 yaşlı) ibarət mühüm nəaliyyətləri olan seçilən gənclər qrupunun qlobal şəbəkəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə