Noyabrın 30-a təyin edilmiş bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq məqsədi ilə Göyçayda seminar keçirilib. Səsvermə gününə hazırlıqla əlaqədar rayonda fəaliyyət göstərən iki seçki dairəsi dairə seçki komissiyasında keçirilən seminarda məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin, eləcə də müşahidəçilərin səsvermə günü görəcəyi işlər, yekun protokolunun doldurulması qaydaları və digər seçki proseduru barədə məlumatlar verilib. Göyçay rayonunda bələdiyyələrə təkrar və yeni seçkilərdə iştirak etmək üçün imza vərəqələrinin və digər seçki sənədlərinin seçki dairəsi dairə seçki komissiyalarında qəbulu başa çatib və 13 nəfərin namizədliyi qeydə alınıb. 88 saylı Göyçay seçki dairəsi üzrə Bəydövül və Mallı-Şıxlı bələdiyyələrinin hər birinə 4 nəfərin, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə isə Göyçay bələdiyyəsinə 5 nəfərin namizədliyi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB