“NUR” Azərbaycanı Qlobal Gənclər Sammitində təmsil edir - FOTO

“NUR” Azərbaycanı Qlobal Gənclər Sammitində təmsil edir - FOTO

"NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədr müavini Fidan Kərimli noyabrın 13-19 tarixlərində Londonda keçirilən Qlobal Gənclər Sammitində iştirak edir. SİA-nın xəbərinə görə, bu nüfuzlu beynəlxalq gənclər toplantısında Azərbaycanı təmsil etmək üçün Fidan Kərimli bütün dünyadan 1900 gəncin arasından seçilib. Sammitdə iştirak üçün seçilmiş 60 gənc 1 həftə boyu təhsil, HİV/AİDS, sosial sahibkarlıq, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması və insan hüquqları mövzularını müzakirə edəcəklər. Dəyişiklik Uğrunda çalışan yeni seçilmiş liderlər fəallıq mövzusunda ən yaxşı təcrübələrini paylaşacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər.

Qlobal Gənclər Sammiti British Council-ın "Qlobal Dəyişiklik Uğrunda" təşəbbüsünün bir hissəsidir. Qlobal Dəyişiklik Uğrunda çalışan liderlər sosial sahibkarlar, fəal cəmiyyət üzvləri və könüllülərdən (16-25 yaşlı) ibarət mühüm nailiyyətləri olan seçilmiş gənclər qrupunun qlobal şəbəkəsidir. Onlar fikirlərini və ən yaxşı təcrübələrini bölüşmək, öz yerli icmalarındakı insanların həyatına birbaşa təsir edən layihələr üzərində fərdi və qrup şəklində çalışmaq üçün görüşürlər. Bundan başqa, hər il seçilmiş Qlobal Dəyişiklik Uğrunda çalışan liderlər qrupu vəkil kimi fəaliyyət göstərmək və qlobal gündəlikdə duran əsas məsələlər haqda qərar verən insanların məlumatlılığını artırmaq üçün yüksək səviyyəli siyasi və iqtisadi tədbirlərdə iştirak edir.

2007-ci il Davosda keçirilən Dünya İqtisadi Forumunun illik görüşündə əsası qoyulan Qlobal Dəyişiklik Uğrunda qrup, Dünya İqtisadi Forumunun tədbirlərində (Davos, Şarm-əh-Şeyx, Kartaxena, Dar-es-Salam və Keyp Taunda), Klinton Qlobal Təşəbbüsü, Qlobal Humanitar Forumu, BMT-nin W-CCIII və G20 sammitində iştirak və onlarla əməkdaşlıq edib. Fərdi dəstəkçilərə İordaniya Kraliçası Rania Əl-Abdulla, prezident Bill Klinton və aktrisa Emma Tomson da daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə