Qənirə Paşayeva: “Türk dövlətləri arasında inteqrasiya, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir”

Qənirə Paşayeva: “Türk dövlətləri arasında inteqrasiya, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir”

Qazaxıstan Azərbaycan üçün çox dəyərli, dost və qardaş ölkədir. SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev arasındakı dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin, əməkdaşlığın inkişafına öz töhfələrini verir. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq sahəsində bu regionda çox böyük uğurlara imza atırlar.

"Təkcə iki ölkənin əməkdaşlığı türkdilli dövlətlər arasında nümunə sayılmaqla mühüm əhəmiyyətə malikdir. Türkiyə, Azərbaycan, Orta Asiya ölkələri içərisində isə Qazaxıstan bu gün türkdilli dövlətlərin birliyinin yaranması, dövlətlərimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsi istiqamətində çox işlər görür. Hər iki ölkənin prezidentləri də bu istiqamətdə səylərini əsirgəmir ki, bu da çox önəmlidir. Türkdilli dövlətlər arasında inteqrasiya, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə