Dəmir yolunun Tovuz-Tatlı sahəsi təmir edilir

Dəmir yolunun Tovuz-Tatlı sahəsi təmir edilir

Dəmiryolunun Tovuz-Tatlı sahəsinin 99-104-cü kilometrliyinin əsaslı təmir işləri gedir. \"Azərbaycan Dəmir Yolları\" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Tovuz-Tatlı sahəsinin 5 kilometri yenidən qurulur: \"Köhnə yol sökülüb. 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları əsaslı təmirə başlayıb. Təmirdən sonra bu yolda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq".


Qeyd edək, bu il Bakı-Böyük Kəsik sahəsində 17 kilometr yol əsaslı təmir olunub. Sözügedən yolda təmir işlərinin davam etdirilməsi planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə