Qarşıdan gələn qışda əhalinin qazla bağlı problemi olmayacaq. SİA-ya bu barədə məlumatı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı verdi: "Qışa hazırlığa yay aylarından başlanılıb. 608 bənddən ibarət tədbirlər plana əsasən nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilib. \"Azəriqaz"ın balansında olan xətlərə texniki baxış keçirilib, bütün avadanlıqlar sazlanaraq qış mövsümünə qədər tam istismara hazır vəziyyətə gətirilib. Bu il qaz xətlərinin çəkilişləri də genişləndirilib. "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına görə "Azəriqaz" ölkə ərazisini 95 faiz qazlaşdırmağı öhdəsinə götürüb. 2013- cü ilin sonuna kimi qaz olmayan ərazi qalmayacaq. Bu ilin Bakının Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində 71-72 kilometr yeni qaz xətti çəkilib. Uzun illər mavi yanacaq olmayan kənd və qəsəbələrin də qazlaşması istiqamətində işlər görülür. Cəbhəboyu rayonlar - Ağdam, Fizulu, Goranboy, Tərtər, Qazax, Tovuz, Ağstafa rayonlarında 16 kənddə 6820 nəfər yeni abunəçi təbii qazla təmin edilib. Xaçmaz rayonun isə iki kəndinə təbii qaz verilib. Cəlilabad, Ağsu, Goranboy, Gəncə, Neftçala da və s. rayonların qaz olmayan kəndlərin qazlaşdırılması ilə bağlı tədbirlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB