01 oktyabr 2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1279 422 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 496248 nəfəri kişi, 783174 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 239 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 355 nəfərdir.
Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163, 9 manat olmuşdur.
Əmək pensiyası – "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB