Azərbaycanın Xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyəti pisləşib. Aktyor hazırda ağır vəziyyətdə Mərkəzi Gömrük hospitalının reanimasiya şöbəsində müalicə alır. Xalq artistinin müalicə olunduğu Mərkəzi Gömrük hospitalının baş həkimi Elman Məmmədov bəzi səbəbləri əsas gətirərək xəstənin səhhəti haqqında hər hansı bir məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Yaşar Nurinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşmiş və aktyor bir müddət dövlət Gömrük hospitalında müalicə almışdı. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul "Memorial" xəstəxanasında uzun müddət müalicə olunub.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrında xalq artisti Yaşar Nurinin 60 yaşı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB