Bəlli olduğu kimi, noyabrın 14-də dünyanın ən aparıcı televiziya kanallarından olan "CNN İnternational" "Azərbaycana baxış" adlı iri layihəsinə start verib. Kanal 4 gün ərzində Azərbaycan xalqı, onun mədəniyyəti, ənənələri və ölkənin təbii sərvətləri barədə 7 reportaj yayımlayacaq. Azərbaycanda ilk dəfə 20 il əvvəl olan Cim Klensi ölkəmiz barədə təəssüratları ilə bölüşüb. "Hər şey dəyişib, şəhər dəyişib, bircə İçəri Şəhərdən başqa. Buna baxmayaraq, burada da dəyişiklik var. Binalar bərpa edilib. İndi Bakını görmək çox həyəcanvericidir. Mən Bakını 20 il bundan qataq görəndə, şəhər sırf sənaye şəhəri idi. Artıq şəhər təmizlənib, inkişaf edib".
C. Klensi bildirib ki, bunu həm "Eurovision" mahnı müsabiqəsi, həm də qızlar arasında dünya çempionatının keçirilməsi sübut edir: "Azərbaycanın ulduzu yüksəlir və mənim verilişimin məqsədi bunu dünyaya göstərməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB