İran Qarapapaq Türkləri Milli Cəbhəsi yarandı

İran Qarapapaq Türkləri Milli Cəbhəsi yarandı

Bu gün İranın Mahabad şəhərində saat 11-də öz işinə başlayan və 15-də sona çatan Qarapapak Türkləri Məclisi işini yekunlaşdırıb. Bu barədə İran Qarapapak Türkləri Milli Cəbhəsi Mərkəzi Komitəsinin üzvü Həsən Əhmədoğlu məlumat verib.

Məclisə Təbriz, Sulduz, Xoy, Həmədən, İsfahan, Mahabad, Kirmanşah və Songur qarapapaqlarını təmsil edən 47 səlahiyyətli nümayəndə qatılıb. Təhlükəzilik baxımından İran Qarapapaqlarının Məclsi gizli şəraitdə keçib. Məclis İran Qarapapaq Türkləri Milli Cəbhəsinin yardaılması barədə qərar qəbul edib və kollegial darəetmə organi olan 7 nəfər tərkibdə Mərkəzi Komitə seçib. Həmçinin qurumun müvəqqəti Nizamnaməsi təsdiq edilib. Məclis Milli Cəbhə qarşısında təməl prinsiplərini müəyyən edib. Bunlardan ən əsası isə İranda yaşayan türklərin milli və siyasi hüquqlarının təmin edilməsidir. Məclisdə çıxış edən Məhəmmədrza Sulduzlu qeyd edib ki, bu günə qədər İranda yaşayan Qarapapak Türkləri təşkilatlanmamış şəkildə pərakəndə mübarizə apaprırdılar. Artıq belə olmayacaq, biz oz milli hüquqlarımız ugrunda acıq mübarizəyə qalxacağıq.

Məclisə telefon vasitəsiylə qoşulan, hazirda Bakıda olan Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov həmvətənlərini təbrik edib.


Bütün xəbərlər Facebook səhifəmizdə