Paytaxtın Nizami rayonunda telefon mağazalarından oğurluq edən şəxs saxlanılıb.SİA-nın verdiyi məlumata görə, mağazalara qənim kəsilən şəxs rayon sakini Radik Kazımovdur.O axşam saatlarında Samir Hüseynova məxsus mağazaya müxtəlif üsullarla daxil olaraq 12 ədəd mobil telefon oğurlayıb. Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməlliyyat-axtarış tədbirləri nəticəsində Kazımov tutularaq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB