Prezident İlham Əliyev Oğuzda Bayraq meydanı ilə tanış olub

Prezident İlham Əliyev Oğuzda Bayraq meydanı ilə tanış olub
Prezident Ilham Əliyev Oğuzda Bayraq Meydanı ilə tanış olub. Dövlət başçısına ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlandığı bildirilib. Qeyd edək ki, parkda quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılıb, yollar genişləndirilib. Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə