Noyabr ayında Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib. SİA-nın xəbərinə görə, deputat seçiciləri narahat edən məsələlər və problemlərlə tanış olub.
Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Müraciətlər arasında müharibə veteranı olan seçicinin təqaüd məsələsi, mənzilin qeydiyyatı, iş yerinin dəyişdirilməsi, sosial, hüquqi məsələlər yer alıb.
Millət vəkili öz seçicilərini dinləyib. Bildirilən məsələlərlə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Millət vəkili qeyd edib ki, bütün məsələlər diqqət mərkəzində olacaq.
Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyəti orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərinin yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB