Havaların gözlənilmədən soyuması ölkənin qərb bölgəsinin kənd təsərrüfatı sahəsində ciddi problemlər yaradıb. Xüsusən payızlıq taxıl səpini yarımçıq qalıb.
Kənd təsərrüfatı üzrə mütəxəssis Ziyad Abbasov SİA-nın bölgə müxbirinə bildirib ki, Gəncə ətrafı 5 rayonda hər il payızlıq üçün 50 min hektara yaxın sahədə taxıl əkilir. Əkilən taxılın 50 faizdən artığı itkiyə gedib. Məhsuldarlığın itkiyə getməsində fermerlərin də məsuliyyətsizliyi var. Z. Abbasovun sözlərinə görə, bölgə üçün payızlıq əkinində aqrotexniki müddət oktyabr ayının sonuna kimi tam yekunlaşmalıdır. Ancaq hələ də bəzi fermerlər şum işlərini belə aparmayıblar. Belə şəxslər məhsuldarlıq naminə yox dövlətin ayırdığı vəsaitləri mənimsəmək məqsədi ilə çalışır. İstənilən halda dövlət tərəfindən taxılın 1 ha sahəsi üçün 80 manat dəyərində subsidiya verilir. Yaranan vəziyyəti aradan qaldırmaq üçün isə iş yenə dövlət rəsmilərinin üzərinə düşür. Aqrar sahədə çalışan mütəxəssislərin fikrincə dövlət hektara görə yox ancaq məhsuldarlığa görə subsidiya ayırmalıdır. Başqa sözlə desək Kənd Təsərrüfatı Nazirliyinin komissiya heyəti biçin zamanı hər bir fermerin əldə etdiyi məhsula görə ona subsidiya verə bilər. Belə olan halda şum və digər aqrotexniki göstəricilər zamanında həyata keçirilər ki, məhsuldarlıq da aşağı düşməz.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB