Gəncliyə yardım fondu Azərbaycan xalqı adından Somaliyə yardım etdi

Gəncliyə yardım fondu Azərbaycan xalqı adından Somaliyə yardım etdi

Gəncliyə Yardım Fondunun uzun illər davam edən vətəndaş müharibəsinin ardınca Somalini cənginə alan quraqlıq nəticəsində ölkədə yaşanan aclıq və səfalətin, sürətlə yayılan vəba epidemiyasının qurbanına çevrilən milyonlarla insana yardım əli uzadıb. Ölkə prezident İlham Əliyevin xüsusi sərəncamı ilə bu ölkə əhalisinə yardım məqsədilə təmənnasız olaraq 100 min ABŞ dolları vəsait ayrılıb. Amma Azərbaycan dövlətinin və xalqının somalilərə yardımı bununla bitmədi. Belə ki, Gəncliyə Yardım Fondu Azərbaycanda ilk Qeyri Hökumət Təşkilatı olaraq Qurban bayramı ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabineti Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin bilgisi daxilində, Fondun nümayəndəsi İsmət Əmrahovun rəhbərliyi altında 2000 somalili ailəyə Azərbaycan xalqı adından qida yardımı edib. Somalili ailələrlə tək-tək görüşən Gəncliyə Yardım Fondunun nümayəndələri onlar üçün hazırladıqları ərzaq yardımlarını bir başa özlərinə təqdim ediblər. Eyni zamanda yardım fəaliyyəti Qurban bayramı ərəfəsində həyata keçirildiyi üçün ailələrə qurban ətləri də paylanıb.

Gəncliyə Yardım Fondunun rəhbərliyi Azərbaycan xalqının yaşam tərzinin günü-gündən yaxşılaşmasını və Azərbaycanın artıq donor ölkə olaraq özünü sübut etməsini nəzərə alaraq belə xeyriyyə tədbirlərinin Azərbaycanın hüdudları xaricində keçirilməsi dövlətimizin bir uğuru olaraq qiymətləndir. Belə ki, Azərbaycan Somali və ya digər ölkələrdə insanlara göstərdiyi humanitar yardımlarla, əslində humanizm prinsiplərinə söykənərək özünün sülhsevər dövlət olduğunu bəyan edir.


Bütün xəbərlər Facebook səhifəmizdə