Azərbaycanın müdafiə naziri Almatıya yola düşüb

Azərbaycanın müdafiə naziri Almatıya yola düşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 16-da Qazaxıstanın Almatı şəhərinə yola düşüb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda MDB-yə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə