MDHP-nin sədri, Millər vəkili Fərəc Quliyev çıxışında müsabiqənin şərtləri, mövzu dairəsi və məqsədi haqqında danışıb: \"Düşünürəm ki, artıq bütün türk dünyasının problemlərini birləşdirməyin vaxtı çatıb. Biz bütün məsələlərdə, həmçinin terrora qarşı mübarizədə də Türkiyənin yanında olmalıyıq. Regionda baş verən münaqişələr bu birliyin yaranmasının vacibliyini zəruri edir".
Millət vəkili İlyas İsmayılov belə tədbirlərin Türkiyə-Azərbaycan birliyində önəmli rol oynadığını vurğulayıb: "Biz hər zaman çalışmalıyıq ki, Türkiyənin yanında olaq. Amma bu zaman da ona problem də yaratmamalıyıq, Türkiyənin maraqlarını hər zaman gözləməliyik".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz Türk dünyasının sərhədlərindən danışaraq Turançılıqla türkçülüyün qarışdırlımamasına diqqət çəkib. O, həmçinin ötən ay keçirilən "Türkdilli ölkələrin və toplumların ikinci media forumu"nu xatırladaraq bu tədbirlərin türk birliyinin formalaşması üçün əhəmiyyətli olduğunu bildirib: \"İnanıram ki, bu tədbirlər, layihələr unudulmağa doğru gedən ənənələrin, turançılığın dirçəlməsinə xidmət edəcək".
Məlumat üçün bildirək ki, tədbirdə MDHP-nin sədri Fərəc Quliyev, millət vəkili İlyas İsmayılov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, akademik Yəhya Yusif Canyar(Əliyev), "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar şurasının sədri Babaxan Muradov, AMEA-nın əməkdaşı Babək Xalistürk və s. iştirak etdilər.
Qeyd edək ki, tədbirdə həmçinin qaliblərə mükafatlar və həvəsləndirici diplomlar da təqdim olundu. Birinci yerin qalibi 800, ikinci və üçüncü yerin qalibləri isə 500 və 300 manatla mükafatlandırıldılar. Birinci yerin sahibi, yazısının özəlliyi ilə münsiflərin xüsusi rəğbətini qazanan Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin tələbəsi Əşrəf Əmirli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB