Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Şurası, ilk ərazi təşkilatı sədrləri və idarə heyətinin iştirakı ilə YAP-ın yaradılmasının 19-cu ildönümünə həsr edilmiş toplantı keçirib. SİA məlumat verir ki, tədbiri ilk olaraq söz alan YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov 90-cı illərin əvvəllərində yaradılan partiyanın hansı şəraitdə fəaliyyətə başladığını və bu günkü fəaliyyətini haqda məlumat verdi.
Tədbirdə YAP-ın yaradılması yollunda çəkilən əziyyətlərdən, bu işdə fəal iştirak edən şəxslərin xidmətlərindən, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıldı.
Qeyd olundu ki, YAP Azərbaycan cəmiyyətinin əksər hissəsinin maraqlarını əks etdirən bir partiya olduğu üçün gündən-günə nüfuzu artır. Yaradıcısı ulu öndər Heydər Əliyev olan partiyanın etibarlı əllərdə olduğu və Heydər Əliyev siyasətinin indən sonra da qorunub gənc nəsillərə ötürüləcəyi bildirildi. Həmcinin ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB