Sabina Freyzer: \"Yaxın iki il ərzində danışıqlardan tərəqqi gözləmək düzgün olmazdı\"
"Hazırda münaqişəni Minsk Qrupu vasitəsilə nizamlanması cəhdi iflasa uğrayıb". SİA-nın xəbərinə görə, bu sözləri Ermənistanın "Jamanak" nəşrinə müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer deyib. O, trio prezidentlərinin danışıqlar prosesinə təsirinin az olduğunu və bu zəmində mövcud vəziyyətin kifayət qədər çətin vəziyyətə düşdüyünü bildirib.
Onun sözlərinə görə, münaqişə tərəfləri əsas prinsiplərə dair ortaq məxrəcə gəlib, amma detalların razılaşdırılmamış qalması inkişafa mane olur: "Yaxın iki il ərzində danışıqlardan tərəqqi gözləmək düzgün olmazdı. Belə bir vəziyyətdə iki dövlət arasında bütün səviyyələrdə təmasları dəstəkləmək vacibdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırda mühüm məqam altı əsas prinsipə dair razılığa gəlib daha sonra detalların müzakirəsinə keçməkdir".
Avropa Birliyinin Minsk Qrupunu əvəz edə bilməyəcəyini deyən Beynəlxalq Böhran Qrupunun təmsilçisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də yüksək dəyərləndirib: "Fikrimcə, bu gün Azərbaycan regional, hətta dünya miqyasında bir qüvvəyə çevrilir və dərk edir ki, dünyada hansı nufuz və etimada layiq olmalıdır. Birincisi, gələn ilin baharında "Eurovision" müsabiqəsi Azərbaycanda keçiriləcək. İkincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib. Bu iki hal ona dəlalət edir ki, Azərbaycan özünü beynəlxalq səhnədə nufuzlu oyunçu kimi göstərmək istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB