ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 17-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB