ARDNŞ “Şahdəniz” konsorsiumundan əvvəl Avropaya qaz ixracına başlaya bilər
"Şahdəniz -2" yatağından hasil ediləcək təbii qaz Avropaya nəql olunanadək (2017-ci ilə kimi) Dövlət Neft Şirkəti (ARDNŞ) öz yataqlarından Cənubi-Şərqi Avropa ölkələrinə qaz ötürəcək.
SİA-nın xəbərinə görı, bu sözləri ARDNŞ prezidentinin müşaviri Murad Heydərov jurnalistlərə bildirib. O vurğulayıb ki, ARDNŞ-ın gündəmində Bolqarıstana qazın nəqli nəzərdə tutulur. 2009-cu ildə Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr təbii qazın nəqli ilə bağlı memorandum imzalanıb. Hazırda bunun ətrafında danışıqlar gedir.
M.Heydərov: "Maraq var, qaz var, lakin texniki imkanlar məhduddur, hazırda bu istiqamətdə iş gedir. Ola bilər ki, 2013-cü ildən 2017-ci ilə kimi Azərbaycandan Bolqarıstana qaz ötürüləcək. Ondan sonra gündəmdə Rumıniyadır\"- deyə, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB