Gəncədə ictimai nəqliyyatın iş vaxtı uzadılıb. Kiçiktutumlu avtobusların saat 20-dək, iritutumlu avtobusların isə saat 22-dək işləməsi qərara alınıb.
1 saylı Gəncə regional nəqliyyat departamentindən verilən məlumata görə, əvvəllər həcmindən asılı olmayaraq bütün ictimai nəqliyyat vasitələri saat 18-dək işləyirdi. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu.
Hazırda şəhərdə 6 nəqliyyat şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər 33 marşrut üzrə hərəkət edərək əhaliyə xidmət göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB