Sabahdan etibarən Serbiyanın gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfər çərçivəsində serbiyalı qonaqlar Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə tanış olacaq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında,"İrəli" gənclər təşkilatında görüşlər keçirəcək. Eyni zamanda, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün tarixi məkanlara gedib Gəncə şəhərində səfərdə olacaqlar.
Serbiya nümayəndə heyətinin səfəri ilə əlaqədar dəyirmi masa keçiriləcək.Burada hər iki ölkənin gənclər siyasətinə dair təqdimatlar ediləcək, Azərbaycan və Serbiya arasında gənclərlə iş sahəsində növbəti illər üçün əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB