Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Bölməsinin birgə keçirdiyi uğurlu əməliyyat nəticəsində küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, həyata keçirilən əməliyyatla şəhər sakini 1976-cı il təvəllüdlü Nağıyev Coşqun Əli oğlunun mənzilindən 7 kq 100 qram qurudulmuş halda narkotik götürülüb. Bundan başqa adıçəkilən şəxsin ünvanına baxış zamanı mənzildən əlavə olaraq 1 ədəd şüşə, 3 ədəd quru çay qabında, 262 ədəd kibrit qutusunda 9 ədəd kiçik və böyük həcimli polietilen torbalarda marixuana götürülüb. Dindirilmə zamanı məlum olub ki, adıçəkilən şəxs narkotik istifadəçisi və satıcısıdır. O təkcə 1 kibrit qutusunda olan narkotik vasitəni müştərilərə 60 manat təklif edib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (nakrkotik maddələrin istifadəsi, kütləvi saxlanması və satışı) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə