İstehlakçıya yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağan edildi

İstehlakçıya yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağan edildi

Milli Məclisin bu gün keçirilən iclasında "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.


SİA xəbər verir ki, dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır.


Deputatlar müzakirələrdən sonra qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə