Sumqayıtın \"Bağlar Massivi\"nin sakinlərinin dərdi bir deyil, iki deyil. Xatırladaq ki, ötən xəbərlərimizdə onların qazla bağlı şikayətlərini çəkib sizlərə göstərmişdik. SİA-nın xəbərinə görə, hazırda isə onların digər problemi yollarla bağlıdır. Sözün əsl mənasında yol problemi burada yaşayanların kabusuna çevrilib. Uzun müddətdir, bu yoldan istifadə edən sakinlər bildirirlər ki, yol problemi artıq dözülməz həddə çatıb. Bundan başqa, azca yağış da kifayət edir ki, yol suyun altında qalsın. Sakinlərin sözlərinə görə, bununla əlaqədar dəfələrlə Sumqayıt şəhər Bələdiyyəsinə və aidiyyəti qurumlara müraciət olunsa da, problem öz həllini tapmayıb: \"Hər dəfə söz verirlər ki, gəlib düzəldəcəyik. Ancaq hələ də gəlmək bilmirlər\".
Bərbad vəziyyətdə olan yol sürücülərə də ziyan vurub. Dolayısı ilə sürücülərin cibinə. Belə ki avtomobillərin hissələri tez sıradan çıxır, bundan başqa vaxt itkisi yaranır. Məsələ ilə bağlı aidiyyatı qurum olan Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Soltan Əsədovla əlaqə saxladıq. O, məsələyə aydınlıq gətirərək bildirdi: "Hazırda bələdiyyənin maliyyə imkanları çox azdır. Məhz buna da səbəb Bələdiyyə parkının inşa olunmasıdır. Həmin yolun bərpasına külli miqdarda vəsait lazımdır. Lazımi vəsait ayrılan kimi biz o yolun bərpasını inşa edəcəyik\", - deyə sədr müavini söyləyib. İnanırıq ki, idarə tərəfindən sakinlərə verilən bu söz yaxın müddət ərzində öz yerini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB