Azərbaycanlı əlil insanlar Bolqarıstanda mövcud olan əlillərin rebilitasiya mərkəzindən istifadə edə biləcək. SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bunun Bolqarıstanla imzalanan memarandumda öz əksini tapdığını deyib. O bildirib ki, Bolqarıstan və Azərbaycan iqtisadiyyatda keçid dövrünü yaşayan ölkələrdir. Nazirin sözlərinə görə, belə ölkələrin təbii ki, problemləri də eyni olur. Bu səbəbdən problemlərin həll olunmasında hər iki ölkənin təcrübəsi hər iki tərəfə maraqlıdır: "Bu sahədə Bolqarıstanla əməkdaşlıq edirik. Ümumi razılığa gəlinib ki, əlil insanlarımız Bolqarıstanda mövcud olan əlillərin rebilitasiya mərkəzinsdə olan reabilitasiya prosesindən keçsin. Ən əsas məsələlərdən biri indiki zamanda Azərbaycan və Bolqarıstanda ehtiyac olan əmək bazarının dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir. Bu barədə də danışıqlar aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB