Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi edilə bilər

Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi edilə bilər

Hazırda Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi yoxdur, amma gələcəkdə bu mümkündür. SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. O bildirib ki, qeyri-neft sektorunda qarşılıqlı-investisiya əlaqələrinə maraqlarının günü-gündən artması bolqarıstanlı işçilərin axınına səbəb olacaq. Onun sözlərinə görə, eyni zamanda Azərbaycan vətəndaşlarının Bolqarıstanda əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradacaq. Nazir qeyd edib ki, buna görə də bu məsələlərə gələcəkdə diqqət yetiriləcək.

Bolqarıstan kimi digər Avropa ölkələrinin də Azərbaycana marağının bəlli olduğunu deyən F.Ələkbərov qeyd edib ki, onları ölkərinin enerji resurslarını, ehtiyatlarını Azərbaycanın imkanları vasitəsilə ödəmək istəyirlər: "Bolqarıstanın da digər Avropa ölkələri kimi Azərbaycana iqtisadi marağı var. Tək enerji resursları ilə əlaqələrini yox, investisiyada çox böyük maraq doğurur. Bu gün Azərbaycan çox böyük imkanları var ki, tək özü üçün yox, ölkədən kənarda da investisiya layihələrini müzakirə edərək onların effektliyini qiymətləndirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə