Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyo Mladenev arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, nazir Fizuli Ələkbərov görüş zamanı Azərbaycanın sosial iqtisadi inkişafına dair qonağa məlumat verib.
Əmək və Əhalinin Sosial Nazirliyi ilə Bolqarstan Əmək və Sosial Siyasət Nazirliyi arasında imzalanan memarandum barədə danışan nazir bildirib ki, bu sənəd qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynayacaq. Onun sözlərinə görə, memarandum iki nazirlik arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək.
Görüşün məqsədi Bolqarıstan ilə əmək və əhalinin social müdafiəsi shaəsində qarşılıqlı əməkdaşlıq, sosial xidmət və əlilliyi olan Reabilitasiya Mərkəzləri arasında təcrübə mübadiləsi və birgə əməkdaşlıqların genişləndirilməsidir. Görüşdə hər iki nazir memarandumda nəzərdə tutulan əsas istiqamətlər üzrə birgə əməkdaşlıq barəsində razılıq əldə ediblər.
Görüşdə qonaq azərbaycanlı həmkarının gələn ilin əvvəlində Azərbaycana dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB