Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzulu Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyo Mladenev arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, nazir Füzuli Ələkbərov görüş zamanı Azərbaycanın sosial iqtisadi inkişafına dair məlumat verib.
Əmək və Əhalinin Sosial Nazirliy ilə Bolqarstan Əmək və Sosial Siyasət Nazirliyi arasında imzalanan memarandum barədə danışan nazir bildirib ki, bu sənəd qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynayacaq. Onun sözlərinə görə, memarandum iki nazirlik arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək.
Görüşdə hər iki nazir memarandumda nəzərdə tutulan əsas istiqamətlər üzrə birgə əməkdaşlıq barəsində razılıq əldə ediblər.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə