Bərdədə bir gündə iki kəndə təbii qaz verilib

Bərdədə bir gündə iki kəndə təbii qaz verilib

Bərdənin Qazaxlar və Gərənə kəndlərinə mavi yanacaq verilməsi münasibəti ilə təşkil edilən açılış mərasimində rayon icra başçısı Vidadi İsayev və millət vəkili Zahid Oruc iştirak edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bu günə qədər sözü gedən kəndlərdə mavi yanacaq olmayıb. Kəndə qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Qeyd edək ki, 130 abonent kənddə mavi yanacaqdan istifadə edəcək.

Rayonun Gərənə kəndində isə 370 ailəyə təbii qaz verilib. Bununlada rayonda abonentlərin sayı 14 mini keçib. Artıq kənd sakinləri soyuq qış aylarında istilik əldə etmək üçün digər yancaq növlərindən istifadə etməyəcəklər.

Uzun illərdən sonra hər iki kəndə qaz verilməsi münasibəti ilə millət vəkili və icra başçısı mənşəli alovlandırıblar.

Hazırda Bərdənin digər kəndlərinə də təbii qazın verilməsi məqsədi ilə işlər aparılır. Yaxın günlərdə rayonunun Soğanverdilər və daha bir neçə kəndinə mavi yanacaq veriləcək. Bu günə qədər rayonun 109 kəndindən cəmi 32 kəndi təbii qazla təmin edilib. \"2011-2013-cü illərdə regionların inkişafına dair Dövlət proqramına\" uyğun olaraq digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.



Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə