Bərdə RİH: “Bəzi qəzetlərdə dərc olunan “faktlar” həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır”
Son günlər bəzi mətbuat orqanlarında respublikamızın az qala bütün rayonlarında, şəhərlərində, kənd və qəsəbələrində problemlərin baş alıb getdiyi barədə həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc olunmaqdadır. SİA bu mövzuda olan məqalələri daim diqqətdə saxlayır, məsələnin əsl mahiyyətini, informasiyaların obyektivliyini üzə çıxarmaq üçün dəqiqləşdirmələr aparır.
Bu yaxınlarda bəzi KİV-də kimlərinsə şəxsi maraqlarına xidmət edən qərəzli, həqiqətə uyğun olmayan məlumatlar gedib. Guya Bərdə rayonunda dözülməz şəraitin yaranması, narkomanlığın baş alıb getməsi, vətəndaşlardan tarixsiz izahatlar alınması, mədəniyyət sarayının və kinoteatrın sökülərək onların materiallarının mənimsənilməsi barədə məlumatlar dərc olunub.
Bərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən verilən məlumatda bildirilir ki, göstərilən "faktlar" həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır. Göstərilənlər reallığı əks etdirmir, görülən işlərə kölgə salmaq məqsədi daşıyır.
Biz də bir fikirlə tam razıyıq ki, əgər mətbu orqan istənilən faktı dərc etmək istəyirsə mütləq qarşı tərəfin fikirlərini öyrənməli və sonra materialı dərc etməlidir. Əks təqdirdə qarşı tərəfin narazılığı ilə üzləşməyə məcburdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB