Bu günlərdə İsveçrənin Cenevrə şəhərində İşgəncələrin qarşısının alınması üzrə Assosiasiyanın (APT) Ümumdünya Qlobal Forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun rəhbəri Vüqar Məhərrəmov və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidov təmsil ediblər.
Dörd qrupda aparılan müzakirələr fakültativ protokolun ratifikasiyası üzrə təşviqat məsələləri, preventiv yanaşmanın xüsusiyyətləri, MPM-in effektivliyi və onun işlək mexanizmə çevrilməsi, işgəncələrin qarşısının alınmasının qiymətləndirilməsi və digər mövzularda plenar iclaslar keçirilib. Forumda qərara alınıb ki, dövlətlər MPM-lərə lazımi kömək göstərməli, eyni zamanda CPT və SPT imkanları daxilində MPM-lə əməkdaşlığı genişləndirməlidir.Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB