Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi sahəsindəki problemlər müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi"nə dair işçi qrupunun növbəti iclasında iştirak edib. SİA-nın xəbərinə görə, Cenevrə şəhərində keçirilən iclasda Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi məsələləri, problemlər və onların həlli istiqamətləri müzakirə olunub, bu məsələ ilə bağlı müxtəlif ölkələrin sosial müdafiə sistemləri təhlil edilib.
Müzakirələr zamanı bu sahədə çoxtərəfli, ikitərəfli müqavilələrin bağlanılmasının əhəmiyyətindən danışılıb və tövsiyələrin hazırlanması istiqamətində təkliflər verilib. İclasda DSMF-nin Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev xüsusi təqdimatla çıxış edib. Təqdimat zamanı nəzərə çatdırılıb ki, 2006-cı ildən etibarən ölkəmizdə beynəlxalq standartlara uyğun fərdi uçota əsaslanan əmək pensiyaları sistemi, eləcə də qanunvericilikdə aparılmış dəyişikliklərə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB