XİN: \"Rəsmi Bakı Ketrin Eştonun Azərbaycana səfərinə böyük əhəmiyyət verir\"
"Rəsmi Bakı Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfər etməsinə böyük əhəmiyyət verir". SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Onun sözlərinə görə, səfər zamanı ən müxtəlif sahələr üzrə məsələlər müzakirə olunacaq. Onun fikrincə, bu səfər və aparılacaq danışıqlar Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına səbəb olacaq: "Səfər zamanı sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi də diqqətdə olacaq. Münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma hesab edirik ki, digər beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı bu münaqişənin həllinə öz töhfələrini verə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB