800-ə yaxın binanın istilik sistemində hələ də problemlər var

800-ə yaxın binanın istilik sistemində hələ də problemlər var
Bu il qışın əvvəlki illərə nisbətən tez gəlməsi sakinlərin istiliklə bağlı daha tez düsünməyə vadar etdi. Kimisi elektrik sobalarını işə saldı, kimisi mənzillərində olan istilik radiatrlarını təcili təmir etdirməyə başladı. Qarın vaxtından əvvəl yağması isə hər il olduğundan fərqli olaraq Azəristilik Səhmdar Cəmiyyəti paytaxtda istilik sistemini planlaşdırıldığı kimi noyabrın 15-dən deyil, noyabarın ilk həftəsindən işə saldı. AzəristilikTəhcizatdan bu günə kimi paytaxtda 120-ə yaxın istilik qazanxanasının istifadəyə verildiyi deyilir. 3 saylı istilik təhcizat idarəsinin rəisi Rövşən Bağırov deyir ki, noyabr ayının 15-dən istilik sistemi tam gücü ilə işləyərək bütün binaları təmin edəcək. Hazırda işləməyən qızdırıcıların köhnəlməsi, yaxud da vətəndaşlar tərəfindən onların sökülməsi bir sıra problemər yaradır. " 800-ə yaxın binanın istilik sistemində hələ də problemlər aradan qaldırılmayıb. Bir çox binaların isə istilik sistemi istismar müddətini başa vurub. Demək olar ki, onlar istismara yararsızdır. Belə problemli binalar "Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf" proqramına salınıb. Növbəti illərdə həmin binaları istiliklə təhciz edən qazanxanalar bərpa olunacaq". Binaların istilik sisteminin bərpası və yenidən qurulması xərclərinə gəlincə, Rövşən Bağırov deyir ki, binalara daxil olan istilik xətləri dövlət hesabına, evlərin daxili istilik xətləri isə sakinlərin öz hesabına bərpa olunur. "Mərkəzləşdirilmiş istilik sisteminə qoşulan binaların xətlərinin çoxu köhnəlib. Boruların içərisi ərp bağlayıb. Onların istilik keçirmə qabiliyyəti aşağı düşüb. Yaxşı olar ki, belə xətlər vətəndaşlar tərəfindən ya dəyişdirilsin, yaxud da təmizlənsin. Onda onların istilik vermə keyfiyyəti də yaxşı olar"- Rövşən Bağırov deyir. Evlərə istiliyin zəif verilməsi isə istilik verilən zaman bayırdakı havanın temperaturu nəzərə alınması səbəbindən yaranır. Qeyd edək ki, bu il 2380 yaxın bina istiliklə təmin olunacaq. Təxminən 700-ə yaxın bina isə Neft Şirkətinin Sosial-İnkişaf İdarəsi, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi və Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qazanxanalarından istilik alır. Bundan əlavə, Mənzil Tikinti Kooperativlərinin balansında olan qazanxanalar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə