Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri Xəyal Qələmdar oğlu Kərimov postu dəyişən zaman silahı doldurandan sonra ehtiyatsızlıqdan əlində silah açılıb. Nəticədə avtomatdan açılan güllə onun hərbçi yoldaşı, əsgər Həbib Bayram oğlu Şahbazova dəyib. H. Şahbazov aldığı güllə xəsarəti ilə hospitala yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı yaralanan H. Şahbazov Yardımlı, X. Kərimov isə Ağdam Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB