Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Bütün dünyada bu xəstəlikdən əziyyət cəkən minlərlə insan yaşayır. Azərbaycanda isə bu xəstəliyin daşıyıcıları 150 mindən artıqdı. Statistik göstəricilərə görə 2007 ci ildə xəstələrin sayı 70 min olub. Həkim endikrioloq Rəna cavadova deyir ki, Əvvəllər şəkərli diabet xəstələri əhalinin 1- 0,5 faizini əhatə edirdi və yaş həddi 60-dan yuxarı idi. indi Azərbaycan da daxil olmaqla, inkişaf etmiş ölkələrdə xəstələr 5-10 faiz təşkil edir. Yaş həddi isə əsasən 35-45-dır. Lakin bu xəstəlik yeni doğulmuş uşaqlardada müşahidə edilir. "Şəkərli diabet xəstəliyi iki tipə bölünür. 1-ci tip diabet irsi yolla yaranan xəstəlikdir. Bu valideyinlərdən biri xəstə olarsa övladın xəstəliyə tutulması halıdı. İkinci tip xəstəlik isə sonradan qazanılan xəstəlikdir. Bu düzgün qidalanmamaq, əsəb sarsıntısı zamanı yaranır". Qeyd edək ki, aparılan araşdırmalar zamanı məlum olub ki, xəstəlik hazırda həddindən çox sürətlə artır və cavanlaşır. Buna səbəb isə müasir həyat tərzi - hərəkətsizlik, artıq çəki və qidalanma tərzinin dəyişməsidir. Şəkərli diabet xəstələri ilə apardığımız söhbət zamanı məlum oldu ki,xəstəliyin ağırlaşmaması üçün ilk növbədə xəstələr özləri çalışmalıdırlar. Xatırladaq ki, Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günükimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB