Metro kartları dəyişdirilməyəcək

Metro kartları dəyişdirilməyəcək

Son günlər bəzi KİV-də Bakı Metropoliteninin keçid kartlarının dəyişdiriləcəyi ilə bağlı məlumatlar yer alır.

Yayılan xəbərlərdə bildirilir ki, əhalidən köhnə keçid kartları geri alınaraq, yeni kartlar təklif ediləcək.

Deyilənlərin nə dərəcədə real olduğunu öyrənmək məqsədi ilə Bakı Metropoliteninin mətbuat xidmətinə müraciət etdik. Qurumdan SİA-ya bildirildi ki, bu məlumatlar heç bir reallığı əks etdirmir: "Əhalidə olan kartların kütləvi dəyişdiriləcəyi gözlənilmir. Bu xəbərin haradan qaynaqlandığı bizə də məlum deyil. Əvvəlki qayda metroda köhnə kartlar istifadə ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə