Rusiyanın Azərbaycandakı səfiri Samuxda olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat səfərinə ulu öndər Heydər Əliyevin abidəsinin ziyarətlə başlayıb. Ardından İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin rəhbəri Vilyam Hacıyev iki ölkə arasında gedən münasibətlərin uğurlu inkişafından söhbət açıb.
Rusiyalı diplomat isə qeyd edib ki bu gün Azərbaycanın paytaxtı ilə yanaşı bölgələri də inkişaf edir. Gələcəkdə Samux rayonunda bir sıra layihələrin həyata keçirilməsi olduqca önəmlidir.
Görüşün ardından diplomat rusdilli təmayüllü orta məktəbə baş çəkib. Diplomat şagirdlərin rus dilində sərbəst danışmasından xoş təəssüratlarla ayrılıb.
Bildirək ki, günün ikinci yarısında Rusiyanın Azərbaycandakı səfiri Samux rayonunda fəaliyyət göstərən rusiyalı iş adamları ilə də görüşüb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB