“Son dövrlər şirkətlərdə əsassız yoxlamaların sayı azalıb”-MÖVQE

“Son dövrlər şirkətlərdə əsassız yoxlamaların sayı azalıb”-MÖVQE

Bu ilin sonuna kimi Azərbaycan sahibkarlarının Ukrayna, Rusiya səfərləri, Türkiyənin sahibkarları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəıgötürənlər) təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, bu yaxınlarda sahibkarların beynəlxalq konqresinin toplantısı Bakıda keçirildi. Onun sözlərinə görə, ilin sonuna kimi həmin konqresin 2012-ci ildə strategiyasına baxılması ilə əlaqəldar görüş və Azərbaycan-Rusiya sahibkarlarının ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu işlər mütəmadi olaraq davam etdirildiyini deyən M.Musayev qeyd edib ki, yaxın günlərdə Azərbaycanın Macarıstan, Bolqarıstan kimi ölkələrin sahibkarları ilə görüşlər keçirilib: "Xarici ölkələrə səfərlər planlı şəkildə gedir. Hazırda Hindistanla danışıqlar aparılır".

Bəzi şirkətlərdə əsassız yoxlamaların aparılmasına da münasibət bildirən konfederasiya rəhbəri vurğulayıb ki, bu barədə müvafiq qərar var və işlər davam etdirilir: "Son dövrlərlərdə belə yoxlamaların sayı əsaslı sayda azalıb. Şirkətlərdən əsassız yoxlamaların aparılması ilə bağlı şikayətlər daxil olmur.

Bütün xəbərlər Facebook səhifəmizdə