“Quş qripi”nə qarşı növbəti monitorinq başladı

Ölkədə "quş qripi"nə qarşı növbəti monitorinqə start verilib. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolcu Xanvəlinin SİA-ya verdiyi məlumata görə, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə keçiriləcək: "Bu sırada Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən milli parklar və ölkənin dəniz kənarı əraziləri daxildir. Monitorinq çərçivəsində quşlardan götürülən qan nümunələri analiz üçün Respublika laboratoriyasına göndəriləcək. Nəticələr noyabr 25-də açıqlanacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə