Azad Rəhimov UNESCO-nun beynəlxalq tədbirində iştirak edir

Azad Rəhimov UNESCO-nun beynəlxalq tədbirində iştirak edir

Bu gün Fransanın Paris şəhərində UNESCO-nun Beynəlxalq Konvensiya tərəfdaşlarının 3-cü sessiyasının konfransınastart verilir. SİA-nın xəbərinə görə, Azərbaycanı bu konfransda UNESCO-nun baş direktoru İrina Bokovanın rəsmidəvəti ilə gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Konfransda 2-ci sessiyanın yekun hesabatının qəbulu, Dünya Anti-Dopinq Agentliyinin məruzəsi, idmanda Dopinq əleyhinə Beynəlxalq Konvesiyanın monitorinqi, Dopinqin İdmandan kənarlaşdırılması Fondunun məruzəsi və digər məsələlərin müzakirə və həllinəzərdə tutulub. Konfrans 16 noyabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə