Musa Qasımlı beynəlxalq simpoziumda sədrlik edəcək

Musa Qasımlı beynəlxalq simpoziumda sədrlik edəcək

Noyabrın 17-20-də Ardahan şəhərində Moskva və Kars müqavilələrinin imzalanmasının 90 illiyi münasibəti ilə Türkiyə, Rusiya və b. ölkələrdən olan alimlərin iştirakı ilə beynəlxalq simpozium keçiriləcək.

SİA-nın xəbərinə görə, simpoziumda görkəmli tarixçi alim, millət vəkili Musa Qasımlı "Moskva və Kars müqavilələrinə Stalin, Çiçerin və Bekzadyanın münasibəti" mövzusunda məruzə edəcək. Azərbaycanlı alim iclaslardan birinə sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə