Avropaya gedən vətəndaşlar qızılcaya qarşı vaksinasiya olunun!

Avropaya gedən vətəndaşlar qızılcaya qarşı vaksinasiya olunun!

Son bir ildə Avropa ölkələrində qızılca xəstəliyi epidemiya halı alıb. Artıq bu ölkələrdə xəstələrin sayının 25 min nəfərə çatdığı bildirilir. Xəstəliyə yoluxanlar arasında ağırlaşanların olması ilə bağlı da məlumatlar verilir. Qızılca son vaxtlar daha çox Fransa və Moskvada qeydə alınıb.


Bəs görəsən Azərbaycanda sözügedən xəstəliklə bağlı vəziyyət necədir və yoluxanlar varmı?


Öncə onu deyək ki, vaxtilə Azərbaycanın adı bu xəstəliyə görə, Ümumdünya Səhiyyə Təşkilatının "qara siyahısında" olub.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə isə hazırda ölkədə qızılca təhlükəsi yoxdur: "Avropa ölkələrində epidemiya başlayandan bəri Azərbaycanda bir dənə də olsun qızılcaya yoluxmuş xəstə qeydə alınmayıb. Qeyd edək ki, 2006-cı ildən başlayaraq respublika ərazisində qızılca və məxmərəyə qarşı ciddi profilaktik tədbirlər görülüb. Həmin tədbirlərdən sonra qızılcaya yoluxma halları azalıb".



Mütəxəssislər Avropa ölkələrinə səfərə hazırlaşan ölkə vətəndaşlara qızılcaya qarşı vaksinasiya etməyi tövsiyə edir.


Onu da deyək ki, ilk baxışdan qızılca o qədər də ciddi xəstəlik hesab olunması da, mütəxəssislər hesab edir ki, qızılcanın olduqca ciddi fəsadları ola bilər. Qızılca titrəmə və qızdırma ilə müşahidə edilir ki, bu da sonda pnevmoniyaya ilə nəticələnə bilər. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) yoluxa bilir. Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır. Öncə əzginlik, burun axması, öskürəklə müşahidə edilir. Gözlər qızarır, yaşarır, 2-3-cü gün ərzində bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Qızılca zamanı müxtəlif fəsadlar pnevmoniya, otit, enterokolit baş vermə ehtimalı böyükdür. Hətta ölüm hallarının olması da istisna deyil.

Xəstəlik keçirildikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır.


Bütün xəbərlər Facebook səhifəmizdə