İranın raket proqramının rəhbəri Tehranda baş verən partlayışda ölüb
İranın Tehran şəhərinin yaxınlığında, Şəhriyar rayonunda yerləşən Əmir əl-Momeyni hərbi bazasında baş verən partlayışın qurbanlarının sayı açıqlanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 17 hərbçi ölüb, 15 hərbçi yaralanıb. Ölənlər arasında İslam İnqilabını Mühafizə Korpusunun yüksək vəzifəli generalı Hasan Tehrani Moqaddam da var. O, İranın raket proqramına rəhbərlik edib.
Qvardiyanın təmsilçisi Ramazan Şərifin sözlərinə görə, partlayıcı maddələrin daşınması zamanı baş vermiş ardıcıl partlayışlar bir neçə saat davam edib: "Hazırda bu hadisə Tehran hakimiyyətinin ölkə ictimaiyyəti qarşısında nüfuzuna zərbə vurmaqdan başqa, həm də İran vətəndaşlarının vahimələnməsinə səbəb ola biləcək hadisədir. Hakimiyyət partlayışı törədənlərin tapılmasında hamıdan çox maraqlıdır"-deyə o,əlavə edib.
İsrail müdafiə naziri Ehud Barak partlayış xəbərini məmnunluqla qarşılayıb. O bildirib ki, belə bir partlayışın təkrar baş verməsi pis olmazdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB