Erməni əsilli imamın qətlini ermənilər sifariş verib

Erməni əsilli imamın qətlini ermənilər sifariş verib

Rusiyanın Yaroslav şəhərində öz evinin qarşısında güllələnərək öldürülən 29 yaşlı erməni əsilli imam Artur Manukyanın qətli ilə bağlı yeni versiyalar ortaya qoyulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Artur Manukyanın qətlinin sifarişçiləri ya erməni millətçiləri, ya da radikal islamçılardır. Artur Manukyanın islam dinini qəbul etməsi erməni millətçi təşkilatları tərəfindən narazılıqla qarışlanıb. Onu ermənilərin özlərinin öldürməsi əsas versiya kimi qiymətləndirilir.

Qeyd edək ki, Artur Manukyan 19 yaşında xristianlıqdan imtina edib, müsəlmanlığı qəbul edərək Abdülməcid adın götürüb. O, Yaroslav şəhər məscidinin ikinci imamı olub. Artur Manukyanın boynuna 3 dəfə, başına isə 2 dəfə atəş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə